“1-2 aydan sonra ciddi hadisələr baş verəcək” – Siyasi şərh

“1-2 aydan sonra ciddi hadisələr baş verəcək” – Siyasi şərh
 

Hakimiyyətin yumşalma taktikası neytral seçicinin rəğbətini qazandı. Sosial - iqtisadi kursda yeni yanaşma gələcəyə bir ümid doğurdu.

 

Bunu siyasi şərhçi Azər Rəşidoğlu bildirib. O, deyib ki, növbəti mərhələdə məhkəmə, gömrük və səhiyyə sahələrində ciddi dəyişikliklər ola bilər. "Kataklizmlərin əleyhinə olan, islahatlar yolu ilə dəyişiklik istəyən mötədillər üçün belə yanaşma təqdirəlayiqdir” deyən A. Rəşidoğlu bildirir ki, intellektual insan inqilabın hansı fəsada yol açdığını anlayır. "Görünən budur ki, prezidentin addımlarına qarşı daxildə ciddi müxalifət var. Bir tərəfdən də qonşu ölkələr problem yaratmaq istəyir. Daxildə qiyam (müqavimət) əhvalı güclənir.

Heydər Əliyev belə vəziyyətlərdə oynamağı sevərdi. Oyunu müşahidə edər, son anda bütün rəqiblərini bir dairəyə toplayar və güclü zərbə vurardı.

Bu gün siyasətin radioaktiv tullantıları bir mərkəzə doğru irəliləyirlər. Hər kəs "Heydər Əliyev nə edərdi" sualı üzərində düşünür.

Mətbuat prezidentin istəyini anlamır və ya anlamaq istəmir. Bu bayağı təbliğat əks effekt verir. Ciddi araşdırmalara və güclü müstəqil mediaya ehtiyac var. Vəziyyət 1993-cü ilin Gəncə qiyamını xatırladır. Gəncə qiyamının baş qəhrəmanları müxlaifətin əli ilə təmizlənir, Qərbə təqdim olunur və ciddi oyun başlayırdı.

Cəmi 1-2 aydan sonra hansısa ciddi hadisələrin baş verəcəyi ehtimalı böyükdür. Birincinin (prezidentin) alternativi demokrat biri yox, odioz, korrupsioner, regionçu və qisasçı biridirsə, seçici simpatiyası kimdən yana olmalıdır? Bunu hakimiyyətin təbliğat maşını anlamır və ya anlamaq istəmir. "Müxalifət lideri homoseksualdır" "ermənidən pul alır" tezislərini məcburən yazdıran məmurcığazlar, anlayın ki, sizin yazdırdığınız söyüşləri ölkə başçısına yönəldirlər. Birinci gərginliyi azaldır, həbsdən azad edir, siz nə edirsiniz?”.


OXŞAR XƏBƏRLƏR