ÜÇ MANAT PUL, BİR KƏLLƏ QƏND... Ali təhsiliniz MÜBARƏK! - Ekspertdən İRAD

ÜÇ MANAT PUL, BİR KƏLLƏ QƏND... Ali təhsiliniz MÜBARƏK! - Ekspertdən İRAD
Ali təhsil almaq mentalitetimizin əsas bəlalarından birinə çevrilib. Minlərlə insan gələcək həyatında heç bir rola malik olmayacaq 2 rəgli vərəqdən ötəri (dipLOM) çox şeyi qurban verib, verir və verəcək. Halbuki o olmadan da uğura nail olmaq mümkündür. Bu ayrı bir mövzu". 
 
Bu sözləri Sfera.az-a danışarkən təhsil üzrə ekspert Kamran Əsədov deyib.
 
 

Ekspert bildirib ki, 1991-ci ildə gözəl məmlkətimiz müstəqillik əldə etdikdən sonra ölkəmizdə təhsil də müstəqillik qazanıb:
"Təhsildən az-çox başı çıxan bir bina, 3-5 müəllim görütüb universitetlər açmağa başladı. Məşədi İbad demişkən: ÜÇ MANAT PUL, BİR KƏLLƏ QƏND... Ali təhsiliniz MÜBARƏK. Geridə qoyduğumuz müstəqilliyimizin 26 ilində 26-dan çox yeni universitet açıldı, bağlandı. Onlar yüz minlərlə insanların gələcəkləri, talələri ilə oynadılar, özlərinin maddi qazancları məqsədi ilə. Hələ də minlərlə insanın ABU ilə problemi davam edir... 2014-cü ilə qədər kimlərsə xarici ölkələrə və ya daxildə hansısa universitetlərə qəbul olurdu. Sonradan isə qeyri-şəffaf olan proseslə universitetini-ixtisasını dəyişirdi. Təbii ki, bu zaman əsassız tələblər olurdu və bunu yerinə yetirənlərə yaşıl işıq yanırdı. Yerinə yetirməyənlər, maddi imkanı çatmayanlar isə arzularına çata bilmirdilər. Əlbətdə ki, universitetin fəaliyyətini dayandırması normal haldır. Bu bir sıra səbəblərdən ola bilər. Bildiyiniz kimi, Elm və Təhsil Mərkəzi "Təfəkkür” Universiteti 2016-cı il oktyabr ayının 11-də Təhsil Nazirliyinə müraciət edərək, Universitetin Təsisçilər Şurasının maliyyə vəziyyətində yaranmış problemlərlə əlaqədar fəaliyyətinin dayandırılması barədə qərarın qəbul edildiyini bildirmişdi. Bu təhsil ocağında təhsil alanların taleyi ilə bağlı aiddiyati qurumlar qanunvericilik çərçivəsində lazimi addımları atdılar. Lakin bir neçə gün öncə məlumat yayıldı ki, bəs, bu bağlanma ilə bağlı xəbərin əsası yoxdur. Lap yaxşı. Amma reallıq nədir? Niyə konkret olaraq həmən təhsil müəssisəsi çıxıb tələbələrin taleyinə sahib çıxmır? İndi onlar fəaliyyət göstərirmi? Biri deyir ki, hə, o biri deyir ki, yox. Yəni, şap elə bilir, şupdadı, şup elə bilir şapdadı". 

Ekspertin fikrincə, kimlərinsə maddi və ya kommersiya fəaliyyətinə maneə olmaq istəmirik,  amma burda insan taleyindən söhbət gedir:
"Son bir həftə ərzində ümumilikdə bütün ali təhsil müəssisələrində təhsil alan tələbələr, onaların valideyinləri övladlarının universitet, ixtisas dəyişmələri ilə bağlı mənə müraciət ediblər. Onlar arasında "Təfəkkür” Universitetinin tələbələri də var. İnsanlara təminat vermək lazımdır. Ortada problemli situasiya var. Yenidən ABU-nun, Moskva Açıq Universitetinin Azərbaycan filialının və s. fəaliyyəti dayanmış universitetlərin yaşağıdı tarix təkrar oluna bilər. Ona görə də, təlbələr hansı universitetdə, ixtisasda təhsil almalarından asılı olmayaraq, əgər həmən yerdən narazıdılarsa, heç bir pul ödəmədən, məmurla ünsiyyət qurmadan, problemsiz transfer.edu.az saytından qeydiyaytdan keçib arzularını reallaşdıra bilər. Məhz bütün təhsil müəssisələrinin tələbələrinə imkan yaradılıb ki, avqust ayının 22-sinə qədər "bataqlıqdan” xilas olsunlar. Bundan artıq sizə kim şərait yaradacaq: buyurun şəffaf, obyektiv, heç bir məmurun üzünü görməyəcəyiniz sistemdən istifadə edib normal təhsilinizi davam etdirin. İki ildir ki, ali təhsil, orta ixtisas təhsil alan, amma oxuduğu yerdən narazı qalanalar bu portal vasitəsilə problemlərindən xilas olurlar.  Əgər gəmi batırsa kapitan özünü gizlətdiyi qayığa minib xilas edəcək, taleyi şübhə altına alınacaq sərnişinlərdir. Ona görə də siz əgər təhsil aldığınız "gəminin” batdığını görürüsüzsə transfer.edu.az – da qurtuluş biletinizi alıb xilas olun. Yoxsa 1912-ci ildəki ən bahalı Titanik gəmisinin sərnişinlərinin taleyini yaşayacaqsız".
 
Çinarə Məmmədova
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI

Azərbaycan Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin may ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb.   Sfera.az ...

Azərbaycan malyariyadan azad olan ölkələrdən biridir - ÜST 

Aprelin 25-i dünyada Ümumdünya Malyariya Günü kimi qeyd edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan 2023-cü ildən malya...

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələrinin quraşdırılmasına başlanılıb.   Sfera.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabe...

Bu həşarata görə dünyada şokolad qiymətləri BAHALAŞIR

Qərbi Afrikada kakao ağaclarına düşən virus qlobal miqyasda şokoladın qiymətlərinin artmasına səbəb olsa da, tədqiqatçılar xəstəliyin qarşısını almaq üçün yeni ...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR - YENİLƏNDİ - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xə...

Zelenskidən ABŞ-yə MÜRACİƏT: “Putinin planları...” 

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ xalqına təşəkkür edib.   Sfera.az bildirir ki, o, həmçinin Prezident Baydenə minnətdarlığını bildirib. ...