\"ÜAK-ın ləğvi ədalətsiz yanaşmadır və kəskin qınayırıq\" - Millət vəkilindən etiraz

\
"Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK ) qeydiyyatının ləğvi ədalətsiz bir yanaşmadır və kəskin qınayırıq. Bu qərar eyni zamanda Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir göstərəcək bir hadisədir"

Sfera.az xəbər verir ki, millət vəkili Qənirə Paşayeva Rusiya Federasiyasının Ali Məhkəməsinin Ümumrusiya Azərbaycan Konqresinin ləğvini təsdiqləməsinə münasibət bildirib.

Millət vəkilinin fikrincə, Rusiya Ədliyyə Nazirliyinin məsələyə yanaşması onu gösətrir ki, bu qurum vəziyyətin yaxşılaşması üçün deyil, konkret təşkilatın bağlanılması üçün çalışıb:
"Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyanın 60 illik yubileyi ilə əlaqədar böyük tədbir keçirən Moskva, bu ölkədə yaşayan azərbaycanlılara və Azərbaycana gəlincə bu cür münasibət göstərirsə, bu, artıq Rusiyadan bir daha ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi heç bir zaman ədalətli mövqe gözləməyin mümkünsüz olduğunu bir daha ortaya qoydu. Rusiya çoxmillətli bir dövlətdir və orada yaşayan xalqların da birləşdiyi qurumlar var. ÜAK-ın ləğvi Rusiyada hansısa bir xalqın diaspor təşkilatının bağlanılması ilə nəticələnən ilk addımdır və orada yaşayan azərbaycanlıları da ciddi şəkildə narahat edən bir hadisədir. Bu addımı atanlar Azərbaycana və ya azərbaycanlılara hansısa maraqlar üçün təzyiq etdiyini düşünə bilər. Amma Azərbaycan və azərbaycanlılar da bu qərarın nə qədər hiddət doğurduğunun fərqində belə deyililər bəlkə də. Çünki bütün azərbaycanlılar bu qərarın siyasi bir addım olduğunu anlayır və əgər belə deyilsə Moskva bu qərardan vaz keçməlidir". 

Q.Paşayeva ümid edir ki, Rusiya tərəfi bu məsələləri ətraflı araşdıracaq və ÜAK-ın ləğvi ilə bağlı qərarını dəyişəcək:
"Bu məsələdə erməni faktorunun təsirinə gəlincə təbii ki var çünki onlar hər zaman Azərbaycan və azərbaycanlılar əlehinə aktiv fəaliyyət göstərir və Moskvanın rəsmi dairələrində olan antiazərbaycan qüvvələri ilə ciddi işbirliyi qurublar. Amma burada söhbət daha da ciddi bir məsələdir. Rusiyanın ÜAK-ı ləğv etməsi ciddi narahatçılıq, hiddət və təssüf doğurur və Azərbaycan-Rusiya münasibətlərinə sadəcə mənfi təsir edəcək. Ümid edirik ki Rusiyada bunu anlayacaq sağlam qüvvələr fəallaşacaqlar və bu qərarın ləğvi üçün addımlar atılacaq. Əks halda bu qərar daha ciddi mətləblərdən xəbər verəcək. Azərbaycan xalqı isə hər şeyin fərqindədir və bu yolla heç bir təzyiqi qəbul etməyəcək. Rusiyadan belə bir addım gözləyirdimmi? Şəxsən mən hər zaman onlardan bu cür addımları hər zaman gözləyirəm. Çünki Rusiya əksər hallarda bu ölkədə yaşayan azərbaycanlılara və Azərbaycana münasibətdə ədalətli mövqe sərgiləmir.  Bu ölkədə yaşayan azərbaycanlılar Ədliyyə Nazirliyinin bu qərarının ədalətsiz olması ilə bağlı daha yuxarı məhkəmə instansiyalarına və Rusiya rəsmilərinə müraciətlərini davam etdirəcək. Bu qərarın ləğvi üçün özəlliklə bu ölkədəki tanınmış azərbaycanlılar fəallıqlarını daha da artıracaqlar".

Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsi ÜAK-ın qeydiyyatını ləğv edib.

Gülnarə Eynullaqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...